İspaniya millisinin və “Real Madrid” futbol klubunun sabiq yarımmüdafiəçi Quti Hernandes baş məşqçi təyin olunub.

Open.az xəbər verir ki, 42 yaşlı məşqçi Sequnda təmsilçisi “Almeria” komandasını çalışdıracaq.

“Almeriya” klubu hazırda ikinci divizionda 14 turdan sonra 24 xalla 2-cı sırada qərarlaşıb.

Qeyd edək ki, karyerası ərzində “Real Madrid” (1995-2010-cu il) və “Beşiktaş”da (2010-2011-ci il) çıxış edən sabiq yarımmüdafiəçi ötən ildən Türkiyə təmsilçisində Şenol Günəşin köməkçisi kimi fəaliyyət göstərib.