İspaniyanın "Atletiko Madrid" klubunun fransalı futbolçusu Antuan Qrizmann klubundan ayrıldığını elan edib.

Open.az xəbər verir ki, futbolçunun yayımladığı videonu komandanın mətbuat xidməti öz rəsmi "twitter" səhifəsində paylaşıb.

"Bu, inanılmaz 5 il oldu, hər şeyə görə çox sağolun. Siz daima mənim ürəyimdə qalacaqsınız", - deyə Qrizmann komanda və azarkeşlərə müraciətində bildirib.

Qrizmann "Atletiko"da 2014-cü ilin iyul ayından çıxış edir. Fransalı hücumçu ilə hazırda "Barselona" və PSJ klubları yaxından maraqlanır.