"Qəbələ" futbol klubu növbəti transferini həyata keçirib.

Open.az klubun saytına istinadən xəbər verir ki, 2019-cu ilin sonlarından "qırmızı-qaralar"ın düşərgəsində baxışda olan Yaovi Akakpo ilə 2.5 illik müqavilə imzalanıb.

Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər komandanın formasını geyinəcək.

Qeyd edək ki, 21 yaşlı afrikalı buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.