“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Open.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib. 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Union Espanyola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib. Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb