Xəbər verdiyimiz kimi bu gün "Qarabağ" Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb.

Open.az xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində Maksim Medvedevə qarşı qayda pozuntusuna görə oyunun baş hakimi ukraynalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb - 0:1. Bu, ağdamlıların UEFA Avropa Liqasında ilk qolu olub.

Qoldan sonra hücumlarını davam etdirən Qurban Qurbanovun yetirmələri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da hesab dəyişməyib.

İlk hissə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.