Ukraynanın Poltava şəhərində "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının IV tur matçında daha bir insident baş verib.

Open.az "Report"a istinadən xəbər verir ki, matçın uzatma dəqiqələrində meydan sahiblərinin azarkeşləri bir-biri ilə dalaşıb.

Araya girən stüardlar münaqişəni tezliklə aradan qaldırıblar. Polislər insident iştirakçılarını stadiondan kənarlaşdırıblar.