Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" oyununun yeri müəyyənləşib.

Open.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.

Klub rəsmisi görüşün Türkiyədə olacağını bildirib. Oyun oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

Klub rəsmisi qeyd edib ki, UEFA hələlik bu oyunla bağlı qərar verib. "Qarabağ"ın digər iki ev oyunu ilə bağlı qərarlar isə daha sonra açıqlanacaq.