"Qarabağ" klubu "Qəbələ"nin futbolçusu Hacıağa Hacılı ilə müqavilə imzalayıb.

Open.az-ln klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövsümün əvvəlindən komandada icarədə olan 21 yaşlı yarımmüdafiəçinin transfer hüququna tam yiyələnib. Onunla 4 illik anlaşma əldə olunub.

Qeyd edək ki, Hacıağa Hacılı "Qəbələ"nin yetirməsidir.