Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Open.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Mərkəzi matçda "Zirə" "Neftçi"ni qəbul edib və minimal hesablı qələbəyə sevinib - 1:0. "Qəbələ" doğma meydanda "Sumqayıt"ı eyni hesabla məğlub edib.

"Keşlə" səfərdə "Sabah"la 1:1 bərabərə qalıb. Son Azərbaycan çempionu "Qarabağ" klubu isə "Səbail"i qəbul edib. Ağdam təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gələrək lider "Neftçi" ilə xalını eyniləşdirib.




25 fevral

“Qarabağ” – “Səbail” - 1:0
Qol:
Xayme Romero, 72
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Azersun Arena”


“Sabah” – “Keşlə” - 1:1
Qollar:
Şəhriyar Əliyev, 79 (0:1), Fofana Tiemoko, 90+1 (1:1)
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Bank Respublika Arena”

“Zirə” – “Neftçi” - 1:0
Qol: Davit Volkov, 67
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu


“Qəbələ” –“ Sumqayıt” - 1:0
Qol:
Ceyms Adeniyi, 50
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu



NKlublarOQHMT-FX
1Neftçi17103421-1733
2Qarabağ1796239-1333
3Zirə1777323-1828
4Sumqayıt1765620-2123
5Qəbələ1756616-2321
6Səbail1744917-2716
7Keşlə1736816-2615
8Sabah17431017-2415



Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 11 qol
Namiq Ələsgərov ("Neftçi") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Davit Volkov ("Zirə") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol