Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Open.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

İ qrupunda yer alan Ağdam klubu İsraildə "Makkabi"nin qonağı olub. Matçın taleyini bir qol həll edib. Yonatan Kohenin görüşün 10-cu dəqiqəsində vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.

Qrupun digər oyununda İspaniya "Vilyarreal"ı doğma meydanda Türkiyənin "Sivasspor" klubunu qəbul edib. Olduqca məhsuldar keçən matçda qapılara 8 qol vurulub. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti matçını oktyabrın 29-da "Vilyarreal" klubuna qarşı keçirəcək. Məlum səbəblərdən son Azərbaycan çempionu rəqibini Bakıda deyil, İstanbulda qəbul edəcək.




22 oktyabr

Avropa Liqası, qrup mərhələsi

I qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) – "Qarabağ" (Azərbaycan) - 1:0

Qol: Yonatan Kohen, 10 (1:0)

Baş hakim: Con Biton (Şotlandiya)

Təl-Əviv. "Blumfeld" stadionu


"Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) - 5:3

Qollar: Kubo, 13 (1:0), Bakka, 20 (2:0), Kayode, 33 (2:1), Yatabare, 43 (2:2), Foyt, 57 (3:2), Qradel, 64 (3:3), Alkaser, 74 (4:3), 78 (5:3)