Azərbaycan Premyer Liqasının II turunda daha bir oyun keçirilib.

Open.az-ın məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Keşlə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. Eyni xala malik "Keşlə" isə 2-ci pillədə qərarlaşıb.

Günün digər oyununda "Neftçi" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.