Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçirilib.

Open.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu İspaniya "Vilyarreal"ını qəbul edib.

Dağlıq Qarabağda baş verən məlum hadisələr səbəbindən İstanbulda "Başakşəhər Fatih Terim" stadionunda keçirilən görüşdə qapılara 4 qol vurulub. Son Azərbaycan çempionu maçtın 78-ci dəqiqəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyib - 1:3. "Qarabağ"ın yeganə qoluna Kvabena Ovusu imza atıb.

Paralel keçiriləcək qrupun digər oyununda isə Türkiyənin "Sivassppor" klubu evdə İsrailin "Makkabi" komandasına 1:2 hesabı ilə uduzub.




29 oktyabr

Avropa Liqası. qrup mərhələsi, 2-ci tur

I qrupu

“Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3
Qollar:
Ovusu Kvabena, 78 (1:0), Yeremi Pino, 80 (1:1), Pako Alkaser, 85 (1:2), 90+6-pen. (1:3)
Baş hakim: Pavel Orel (Çexiya)
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu

21:55. "Sivasspor" (Türkiyə) - "Makkabi" (İsrail) - 1:2
Qollar:
Kayode, 55 (1:0), Biton, 68 (1:1), Peretz, 75 (1:2)



1

Villarreal

2

2

0

0

8

4

6

2

Makkabi (Təl-Əviv)

2

2

0

0

3

1

3

3

Sivasspor

2

0

0

2

4

7

0

4

Qarabağ

2

0

0

0

1

4

0