UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turundan sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.

Open.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı 5 futbolçu sırasına “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana da düşüb. İspan futbolçu 5110 xalla “Sevilya”lı Franko Vaskesdən (5537 xal) sonra ikinci yeri turur.

Dani 3 qrup oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 qolun ötürməsini edib. Onun dörd zərbəsi çərçivəyə gedib. Bundan başqa Daninin 135 ötürməsindən 108-i dəqiq olub.

İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç (“Latsio”), Doniell Malen (PSV) və Brunu Fernandeş (“Sportinq”) tutur.