Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubu ilə müqaviləsinə xitam verən Hendrix Pule Ekşteyn yeni komandaya keçmək üçün hazır olduğunu bildirib.

Open.az "Soccer Laduma" nəşrinə istinadən xəbər verir ki, "Qarabağ"ın maraqlandığı futbolçu özünü formada saxlamaq üçün fərdi məşqçi ilə işlədiyini qeyd edib: "Hazırda bir neçə klubla danışıq aparıram, amma təklifini qəbul etdiyim komanda yoxdur. Özümü formada saxlamaq üçün fərdi məşqçi ilə işləyirəm. Özümü yeni omandaya qoşulmaq üçün hazır hiss edirəm".

Qeyd edək ki, 28 yaşlı yarımmüafiəçi ötən həftə klubu "Kayzer Çifs" ilə müqaviləsinə xitam verib.

Manaf Qasımbəyli