"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Open.az-ın məlumatına görə, Ağdam təmsilçisi Makedoniya vitse-çempionu "Sileks" ilə üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək.

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.