“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.

Open.az klubun saytına istinadən xəbər verir ki, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb.

O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib.

Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.