Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

Open.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

Turun açılış matçında "Keşlə" səfərdə "Səbail"in qonağı olub. Bu matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıb - 1:1.

Digər oyunda son çempion "Qarabağ" evdə "Qəbələ" ilə qarşılaşıb. Rəqibinə 3 cavabsız qolla qalib gələn Ağdam təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib.




2 mart

“Qarabağ” – “Qəbələ” - 3:0
Qollar:
Filip Ozobiç, 22 (1:0), 34. pen (2:0), Mahir Emreli, 38 (3:0)
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Azersun Arena”.


“Səbail” –“Keşlə” - 1:1
Qollar:
Tural Axundov, 53 (0:1), Peyman Keşavarazi, 75 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
“ASCO Arena”


3 mart

16:00."Sumqayıt" - "Zirə"
"Kapital Bank Arena"

18:15."Neftçi" - "Sabah"
"Bakcell Arena"

NKlublarOQHMT-FX
1Qarabağ18106242-1336
2Neftçi17103421-1733
3Zirə1777323-1828
4Sumqayıt1765620-2123
5Qəbələ1856716-2621
6Səbail1845918-2817
7Keşlə1837817-2716
8Sabah17431017-2415


Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 12 qol
Namiq Ələsgərov ("Neftçi") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 9 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Davit Volkov ("Zirə") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol