"Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa çıxıb.

Open.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Kiprdə Norveçin "Molde" klubu ilə qarşılaşıb.

"AEK Arena"da keçirilmiş görüşün əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Rəqib komanda 101-ci dəqiqədə penaltidən fərqlənmək hüququ qazansa da, bundan yararlana bilməyib. Əvəzində penaltilər seriyasında daha dəqiq oynayan (6:5) norveçlilər "pley-off" mərhələsinə yüksəliblər.

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək.