Kiprin APOEL futbol klubunun baş məşqçi Paulo Tramezani istefaya göndərilib.

Open.az klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, onunla yolların ayrılmasında Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ”a 1:2 hesabı ilə uduzması rol oynayıb. Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.