Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Open.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Son Azərbaycan çempionu "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la üz-üzə gəlib.

Liderlərin dueli olduqca məhsuldar alınıb. Rəqibinə 6:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi vahid liderliyə yüksəlib.

Qeyd edək ki, bu günə nəzərdə tutulan "Sabah" – "Səbail" oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb. Turun qalan iki oyunu isə sabah keçiriləcək.



21 noyabr

"Qarabağ" - "Sumqayıt" - 6:1

Qollar: Donald Gerye, 28 (1:0), Abdullah Zubir, 34 (2:0), Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Bakı. "Azersun Arena"



22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Qəbələ şəhər stadionu


16:00. “Zirə” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu




Turnir cədvəli

NKlublarOQHMT-FX
1Qarabağ953126-618
2Sumqayıt1043313-1515
3Zirə94329-815
4Neftçi94237-1214
5Keşlə933310-1212
6Səbail82339-109
7Qəbələ91537-148
8Sabah92078-126