Son olaraq "Neftçi"də çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb.

Open.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb.

Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyib.

Fransalı legioner 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib.

Son olaraq, "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir.