Fransız qrupu "PSJ"də oynadığı futbolla deyil, qalmaqallı davranışları ilə ön plana çıxan Neymar yenə gündəm yaradacaq bir işin altına imza atıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsümün yay transfer dövründən bəri komandadan ayrılacağı danışılan braziliyalı ulduz indidən şəxsi istəklərinin olduğu bir siyahı hazırlayıb.

27 yaşlı futbolçunun bu tələbləri isə gedəcəyi klubu düşündürməyə başlayıb.

Neymarın siyahısında xüsusi mühafizəçilər, lüks ev və sərhədsiz təyyarə bileti kimi maddələr yer alıb.

Neymarın istəklərini təqdim edirik:

45 milyon Avro maaş

Çempionlar Liqası bonusu

Liqa çempionu bonusu

Hər bir kubok üçün ayrıca bonus

30 qol bonusu

3 lüks avtomobil

Sərhədsiz təyyarə bileti

1 lüks ev

1 sürücü

3 mühafizəçi

Gülnar Qafarlı