Portuqaliyanın “Çaves” klubunun müdafiəçisi Markao Texeyraranın "Qalatasaray"a keçidi rəsmiləşib.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında transferlə bağlı razılıq əldə olunub. Braziliyalı oyunçu bazar ertəsi Türkiyəyə gələcək və rəsmi müqaviləyə imza atacaq.

İstanbul təmsilçisi bu transfer üçün Portuqaliya klubuna 3,5 milyon avro təzminat ödəyəcək.

Manaf Qasımbəyli