Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yunus Akgünü icarəyə verib.

Open.az xəbər verir ki, 20 yaşlı hücumçu 2020/2021 mövsümündə aşağı liqa təmsilçisi "Adana Demirspor"da çıxış edəcək.

Qeyd edək ki, Yunus Akgün Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"ın "Neftçi" ilə oyunu üçün sifariş verilsə də, Bakıya gətirilməyib. "Sarı-qırmızılar" Bakıdakı matçda 3:1 hesablı qələbə qazanıb.

III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu 2:0 hesabı ilə üstələyən "Cim-Bom" pley-offda "Reyncers" klubu ilə Şotlandiyada üz-üzə gələcək.