Türkiyənin "Qalatasaray" klubu 21 il sonra əzəli rəqibi "Fənərbağça"ya səfərdə qalib gəlib.

Open.az xəbər verir ki, bu, Super Liqanın XXIII tur matçında baş verib.

"Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan "sarı-qırmızılar" 3:1 hesablı qələbə ilə ayrılıblar.