Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxel ilə müqaviləni yeniləmək niyyətindədir.

Open.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 45 yaşlı mütəxəsisin müqaviləsini 2021-ci ilə qədər uzatmaq istəyir.

Almaniyalı baş məşqçinin hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Tomas Tuxel 2018-ci ilin İyun ayından PSJ-yə rəhbərlik edir.

Manaf Qasımbəyli