PSJ klubu "Real Madrid"in 3 futbolçu ilə maraqlanır.

Open.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi hücumçu Qaret Beyl, yarımmüdafiəçilər Toni Kross və İskonu transfer etmək istəyir. Baş məşqçi Zİnəddin Zİdanın kluba qayıtmasından sonra heyətdə düşünülməyən futbolçuların transferə çıxarılması gözlənilir.

"Kral klubu" PSJdən 3 futbolçuya görə 210 milyon avro tələb edir. Madrid təmsilçisi İsko üçün 60, Kross üçün 70, Qaret Beyl üçün isə 80 milyon avro istəyir.

Qeyd edək ki, cari mövsümdə 27 yaşlı İsko İspaniya Çempionatında 26 matçda iştirak edib 3 qol 2 məhsuldar ötürmə, 29 yaşlı Kross 28 matçda 4 asist, 29 yaşlı Beyl isə 29 matçda 8 qol vurub 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Manaf Qasımbəyli