Fransanın PSJ klubunun futbolçusu Keylor Navas koronavirus pandemiyasına görə ölkəni tərk edib.

Open.az yerli mətbuata istinadən xəbər verir ki, kosta-rikalı qapıçı vətəninə icarəyə götürdüyü xüsusi təyyarə ilə yollanıb.

34 yaşlı qolkiper bunun üçün 200 000 ABŞ dolları xərcləyib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları - Neymar və Tiaqo Silva klubdan icazə alaraq ölkələrinə qayıdıblar.