PSJ komandasının qolkiperi Canluici Buffon klub rəhbərliyinin ona yeni müqavilə təklif etdiyi xəbərini təsdiqləyib.

Open.az xəbər verir ki, italiyalı qapıçı mü təklifə görə xoşbəxt olduğunu bildirib: "Klub rəhbərliyi mənə yeni müqavilə təklif etdi. Klubda hər şey yaxşıdır, özümü əla hiss edirəm. Bu təklifə görə xoşbəxtəm. Yaxın günlərdə rəhbərlik ilə görüşüb hər şeyi müzakirə edəcəyik".

Qeyd edək ki, 41 yaşlı qolkiper ötən mövsüm PSJ-yə "Yuventus"dan azad agent olaraq qoşulub.

Manaf Qasımbəyli