Ötən gün mövsümün sonunda "Atletiko"dan ayrılacağını elan edən Antuan Qrizmannın gələcəyi bilinməz olaraq qalır.

Open.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, PSJ klubu 58 yaşlı hücumçunu transfer etməyə çalışacaq. Hazırda fransalı futbolçunu heyətinə qatmağa ən real namizəd "Barselona" klubudur. Amma PSJ rəhbərliyi fransalı futbolçu ilə ölkəsinə gəlmək üçün danışıqlar aparacaq.

Qeyd edək ki, Antuan Qrizmann 2014-cü ildə "Atletiko"ya transfer olub. O, Madrid klubu ilə 3 kubok qazanıb. Cari mövsümdə fransalı futbolçu İspaniya çempionatında 36 matçda iştirak edib, 15 qol vurub və 9 məhsuldar ötürmə verib.

Manaf Qasımbəyli