Fransalı futbolçu Antuan Qrizmann PSJ klubunun transfer hədəfidir.

Open.az "AS" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi Neymar və Mbappedən biri komandadan ayrılarsa,.27 yaşlı hücumçunu transfer etmək üçün hərəkətə keçəcək.

Təcrübəli futbolçu özü də kuboklar qazanmaq üçün daha güclü kluba keçmək niyyətindədir. Fransalı hücumçunun klubu ilə olan müqaviləsini ötən ilin yayında yeniləyib və onun sərbəstqalma məbləği 200 milyon avrodur.

Qeyd edək ki, keçən il "Barselona"nın A.Qrizmann ilə ciddi maraqlanmasına baxmayaraq, futbolçu Katoloniya klubuna keçməkdən imtina etmiş və "Atletiko Madrid" ilə müqavilə yeniləmişdi

Manaf Qasımbəyli