"Volfsberq" klubunda maraqlı hadisə yanaşıb.

Open.az "Sky Sport Austria"ya istinadən xəbər verir ki, klub prezidenti Ditmar Riqler komandanın Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanacağına şübhə ilə yanaşıb.

O, oyunçularla bununla bağlı mərcə girib. Ancaq Avstriya təmsilçisi K qrupunu 10 xalla 2-ci pillədə tamamlayıb və 1/16 finala vəsiqə qazanıb.

Riqler mərci uduzduğu üçün saçlarını dibindən qırxdırıb. Onun saçlarını komandanın qapıçısı Aleksander Kofler qırxıb.