İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Open.az xəbər verir ki, bu "Norviç"dir. Komanda 35-ci turda doğma meydanda "Vest Hem"ə 0:4 hesabı ilə uduzub.

Bu nəticədən sonra 21 xalda qalan "Norviç"in ölkə çempionatının bitməsinə 3 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

Bununla da komanda 5-ci dəfə aşağı liqaya göndəriləcək.

Qeyd edək ki, "Vest Hem" 34 xalla 16-cı, "Norviç" 21 xalla sonuncu pillədə qərarlaşıb.