İngiltərə Premyer Liqasında ötən ayın "ən yaxşı" baş məşqçisi və futbolçusu müəyyənləşib.

Open.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp geridə qalan yanvar ayının ən yaxşı baş məşqçisi seçilib.

Almaniyalı mütəxəssis səsvermədə Xosep Qvardiola ("Mançester Siti"), Ralf Hazenhyuttl ("Sauthempton") və Naycel Pirsonu ("Utford") qabaqlayıb.

Bu, Kloppun cari mövsüm Premyer Liqada beşinci mükafatı olub. O, daha öncə avqust, sentyabr, noyabr və dekabr aylarının da ən yaxşı baş məşqçisi seçilib. Bununla da, 53 yaşlı mütəxəssis 2017/2018 mövsümündə sözügedən mükafatı 4 dəfə qazanan Xosep Qvardiolanın rekordunu qıraraq birinciliyə yüksəlib.

Ayın ən yaxşı futbolçusu mükafatına isə "Mançester Siti" klubunun hücumçusu Serxio Aquero yiyələnib. Ötən ay komandasının heyətində 6 qol vuran və 1 məhsuldar ötürmə ilə yadda qalan argentinalı futbolçu səsvermədə bütün rəqiblərini qabaqlayaraq birinci olub.