"Atletiko Madrid" "Porto" klubunun 3 futbolçusunu heyətinə qatmaq istəyir.

Open.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi Hektor Herrera, Aleks Telles və Auqusto Felipeni transfer etmək niyətindədir.

Mövsümün sonunda müqaviləsi başa çataca Hektor Herrera azad agent kimi "Atletiko"ya qoşula bilər. Klubu tərk edəcəyi bəlli olan, Flipe Luis və Dieqo Qodinin əvəzinə isə sol cinah müdafiəçisi Aleks Telles və mərkəz müdafiəçisi Auqusto Felipe trasnfer ediləcək.

Qeyd edək ki, "Atletiko Madrid" bu 3 transfer 3 qarşı tərəfə 70 milyon avro təklif etməyə hazırlaşır.

Manaf Qasımbəyli