Argentinalı mütəxəssis Maurisio Poçettino Fransanın "Pari Sen-Jermen" futbol klubunun baş məşqçisi təyin edilib.

Open.az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidmətindən bildirilib.

Daha əvvəl PSJ 2018-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışan Tomas Tuxel ilə vaxtından əvvəl müqaviləyə xitam vermişdi.