Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" komandasında son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Open.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu müddət ərzində 27 nəfərdə infeksiya aşkarlanıb.

Onlardan 15 nəfəri evlərində karantinə alınıb, 11 nəfər ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.

Qeyd edək ki, "Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının VI turu çərçivəsində "İnqulets" klubu ilə qarşılaşmalıdır.