İtaliyanın Milan klubunun əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniyel Maldini İtaliya U18 millisinə dəvət alıb.

Open.az xəbər verir ki, 17 yaşlı hücumçu İtaliya millisinin mart ayının 22-də Hollandiyalı həmyaşıdları ilə keçirəcəkləri matçda yığmada debüt edə bilər.

Qeyd edək ki, hazırda "Milan"ın aşağı yaş qruplarında forma geyinən hücumçu bu mövsüm 22 oyunda iştirak edib və 9 qol vurub.

Manaf Qasımbəyli