İtaliyanın "Palermo" klubu fəaliyyətini dayandırıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Palermo məhkəməsi klubun müflis olduğunu rəsmən təsdiqləyib.

İki dəfə A seriyasında 5-ci yeri tutan komanda 2011-ci ildə ölkə kubokunun finalçısı olub. Ötən mövsümdə B seriyasında çıxış edən klub maliyyə şərtlərinə əməl etmədiyi üçün oradan kənarlaşdırılıb

Qeyd edək ki, “Palermo” ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan 1920, 1941-ci illərdə yenidən təsis edilib. İndiki klub isə 1987-ci ildə yaranıb.