PSJ klubunun futbolçusu Neymar “Barselona” ilə şifahi razılıq əldə edib.

Open.az "Sport.es" saytına istinadən xəbər verir ki, tərəflər 5 illik müqavilə ilə bağlı razılaşıblar. Mənbədə bildirilir ki, 27 yaşlı brazilyalı "Barselona"ya qayıtmaq üçün PSJdə qazandığından daha aşağı maaş almağı problem etməyəcək. Belə ki, Paris təmsilçisində ilinə 36,8 milyon avro qazanan Neymar Kataloniya klubunda 24 milyon avro maaşa razı olub.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avro qarşılığında PSJ klubuna transfer olub. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var. PSJ brazilyalı futbolçu üçün 300 milyon avro qiymət qoyub.

Manaf Qasımbəyli