Brazilya millisinin PSJ klubunun futbolçusu Neymar 5 il müddətinə həbs oluna bilər.

Open.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, brazilyalı hücumçu qadın zorlamada günahlandırılır. Şikayətlə bağlı araşdırma apran Brazilya polisi şikayət edən qadınla Neymarı üzləşdirəcək.

Brazilya Cİnayət Məcələəsinin 281C maddəsinə əsasən əgər Neymarın qadını zorladığı təsdiq olunarsa onu 1 ildən 5 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, ötən gün bir qadın polisə şikayət edərək Neymar tərəfindən təcavüzə uğradığını bildirib və ərizə verib. Hadisənin mayın 15-də Fransa paytaxtında yerləşən otellərin birində baş verdiyi bildirilir.

Manaf Qasımbəyli