Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Open.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

Digər matçda "Neftçi" öz meydanında "Sabah"ı qəbul edib və 2:1 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində xalını 36-ya yüksəldən "Neftçi" yenidən liderliyi bərpa edib. "Ağ-qaralar" eyni xala malik olan "Qarabağ"ı şəxsi oyunların nəticələrinə görə üstələyir.



3 mart

Azərbaycan Premyer Liqası, 18-ci tur

"Neftçi" - "Sabah" - 2:1
Qollar:
Namiq Ələsgərov,44 (1:0), Mirabdulla Abbasov, 64 (2:0), Təmkin Xəlilzadə, 90+3-pen (2:1)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
"Bakcell Arena"

"Sumqayıt" - "Zirə" - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
"Kapital Bank Arena"


2 mart

"Səbail" - "Keşlə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 3:0


NKlublarOQHMT-FX
1Neftçi18113423-1836
2Qarabağ18106242-1336
3Zirə1878323-1829
4Sumqayıt1866620-2124
5Qəbələ1856716-2621
6Səbail1845918-2817
7Keşlə1837817-2716
8Sabah18431118-2615


Bombardirlər:

Mahir Emreli ("Qarabağ") - 12 qol
Namiq Ələsgərov ("Neftçi") - 11 qol
Filip Ozobiç ("Qarabağ") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Əli Qurbani ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kevin Kubemba ("Sabah") - 5 qol
Klesio Bauk ("Zirə") - 5 qol