Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Open.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən "Neftçi" və "Səbail" komandalarının rəqibləri məlum olub.

"Neftçi" 1-ci mərhələdə Moldovanın "Sperantsa" (Nisporen) klubu, "Səbail" isə Rumıniyanın "Universtitatya Krayova 1948" klubu ilə qarşılacaq.

Hər iki klubumuz ilk oyununu evdə keçirəcək.