Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Open.az xəbər verir ki, ilk oyun günündə 14-cü turun 3 qarşılaşması keçirilib.

Lider “Neftçi” səfərdə “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. "Zirə” isə evdə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edib.

Son Azərbaycan çempionu “Qarabağ” klubu səfərdə “Sabah”ın qonağı olub və 2:1 hesablı çətin qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.




21 yanvar

“Sabah” – “Qarabağ” - 1:2
Qollar:
Rahil Məmmədov, 8 (0:1), Kevin Kumemba, 60 (1:1), Mahir Emreli, 73 (1:2)
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”

“Zirə”– “Qəbələ” - 2:0
Qollar:
Musa Qurbanlı, 45, Davit Volkov, 90+3
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu

“Səbail” – “Neftçi” - 1:3
Qollar:
Əfran İsmayılov, 28-pen (1:0), Sabir Buqrin, 45 (1:1), Emin Mahmudov, 51 (1:2), Sabir Buqrin, 90 (1:3)
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”


22 yanvar

“Keşlə” – “Sumqayıt”
“ASK Arena”



Turnir cədvəli

NKlublarOQHMT-FX
1Neftçi1483318-1527
2Qarabağ1265131-1023
3Zirə1465318-1423
4Sumqayıt1344516-2016
5Qəbələ1436513-2215
6Səbail1334615-1913
7Keşlə1334613-2013
8Sabah1341813-1713



Bombardirlər:

Namiq Ələsgərov ("Neftçi") - 8 qol
Mahir Emreli ("Qarabağ") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol

Əli Qurbani ("Sumqayıt") - 6 qol
Ağabala Ramazanov ("Zirə") - 5 qol
Kvabena Ovusu ("Qarabağ") - 5 qol

Davit Volkov ("Zirə") - 5 qol
Rauf Əliyev ("Səbail") - 4 qol
Donald Qerye ("Qarabağ") - 4 qol