Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Open.az xəbər verir ki, son oyun günündə iki qarşlaşma baş tutub.

"Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb - 2:0. Bu qələbə ilə xalını 6-ya yüksəldən "Sabah" klubu "Sumqayıt" və "Neftçi" ilə bərabər şərikli liderə çevrilib.

Turun mərkəzi görüşündə son çempion "Qarabağ" klubu əzəli rəqibi "Neftçi"ni qəbul edib. Bu matçda hesabı Ağdam təmsilçisi açsa da, "Neftçi" sonradan 2 qol vurmaqla səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.



20 sentyabr

"Qarabağ" – "Neftçi" - 1:2

Qollar: Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

"Azərsun Arena"


"Zirə" – "Sabah" - 0:2

Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu


19 sentyabr

"Sumqayıt" - "Səbail" - 2:1

"Qəbələ" - "Keşlə" - 0:0



Turnir cədvəli

NKlublarOQHMT-FX
1Sabah32015-26
2Sumqayıt32014-26
3Neftçi32014-46
4Keşlə31201-05
5Qarabağ31113-24
6Zirə31113-44
7Qəbələ30211-42
8Səbail30033-60