"Neftçi"nin futbolçusu Mamadu Mboc komandanın baş məşqçisi Füzuli Məmmədovla mübahisə edib.

Open.az xəbər verir ki, hadisə Premyer Liqanın II turunda "Sumqayıt"da matçda baş verib.

27 yaşlı seneqallı müdafiəçi 35-ci dəqiqədə əvəzləndiyi üçün etirazını bildirib. Onun yerinə meydana serbiyalı Voyislav Stankoviç daxil olub.

Qeyd edək ki, "Bakcell Arena"dakı matçda ilk hissə oynanılır və "Sumqayıt" 1:0 hesabı ilə öndədir.