Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

Open.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

“Qəbələ” doğma meydanda “Səbail” ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Günün digər oyununda isə “Neftçi” “Keşlə”nin qonağı olub. Matçın taleyini bir qol həll edib. Namiq Ələsgərovun görüşün 68-ci dəqiqəsində vurduğu qol "Neftçi"yə minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, turun növbəti iki qarşılaşması sabah keçiriləcək.




7-ci tur

24 oktyabr

“Keşlə” - “Neftçi” - 0:1
Qol:
Namiq Ələsgərov, 68
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
ASK Arena

“Qəbələ” - “Səbail” - 1:1
Qollar:
Qoxa, 4 (1:0), Ekşteyn, 26 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli
Qəbələ şəhər stadionu


25 oktyabr

14:00. “Sabah” - “Sumqayıt”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bank Respublika Arena

16:00. “Zirə” - “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

7

4

1

2

7-6

13

2

Sumqayıt

6

3

2

1

9-6

11

3

Zirə

6

3

1

2

8-8

10

4

Keşlə

7

2

3

2

6-5

9

5

Qarabağ

5

2

2

1

8-4

8

6

Sabah

6

2

0

4

6-7

6

7

Səbail

6

1

2

3

7-9

5

8

Qəbələ

7

0

5

2

4-10

5