Azərbaycan Premyer Liqasının lideri "Neftçi" bu gün qış toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Open.az-ın məlumatına görə, flaqman "Bakcell Arena"da "Keşlə" komandası ilə üz-üə gəlib. 7 qolun vurulduğu qarşılaşmada "ağ-qaralar" 4:3 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı 10-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Mirabdulla Abbasov açıb. 36-cı dəqiqədə Tallison Dias fərqi artırıb. İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra "Keşlə" toplardan birinin əvəzini çıxıb. Yeni transfer Nicat Qurbanov bu komandada ilk qolunu vurub. 2 dəqiqə sonra Silvio Junior hesabı bərabərləşdirib. Lakin qonaqların qol sevinci cəmi 1 dəqiqə çəkib. Mamadu Kane 62-ci dəqiqədə komandasını yenidən önə çıxarıb. 3 dəqiqə sonra Tallison Dias dubl edib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Silvio Junior qoyub.

Qeyd edək ki, "Neftçi" ilk yoxlama matçında I Divizion təmsilçisi "Kəpəz"i minimal hesabla üstələyib.