Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Open.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçirilib.

Doğma meydanda "Sabah"ı qəbul edən “Neftçi" rəqibinə minimal hesabla qalib gəlib - 1:0.

"Sumqayıt" isə evdə "Zirə"ni sınağa çəkib. Rəqibini 2:1 hesabı ilə məğlub edən "Sumqayıt" liderliyə yüksəlib.



18 oktyabr

Azərbaycan Premyer Liqası, 6-cı tur

"Sumqayıt" - "Zirə" - 2:1
Qollar:
Rəhim Sadıxov, 35-pen. (1:0), David Volkov, 40 (1:1), Tellur Mütəllimov, 59 (2:1)
Qırmızı vərəqə: Kərim Diniyev, 90+4 ("Zirə")
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. "Kapital Bank Arena"

"Neftçi" - "Sabah" 1:0
Qol:
Namiq Ələsgərov, 29
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena".


17 oktyabr

"Səbail" - "Keşlə" 1:1

"Qarabağ" - "Qəbələ" - 3:0



Turnir cədvəli

NKlublarOQHMT-FX
1Sumqayıt63219-611
2Zirə63128-810
3Neftçi63126-610
4Keşlə62316-49
5Qarabağ52218-48
6Sabah62046-76
7Səbail51136-84
8Qəbələ60423-94