"Neftçi" klubu ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib.

Open.az xəbər verir ki, bu barədə 30 yaşlı haitili yarımmüdafiəçi "Instagram" hesabından bildirib.

Oyunçu paytaxt təmsilçisi ilə də vidalaşıb. Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm".

Qeyd edək ki, Soni Mustivar 2018-ci ilin martında "Neftçi”yə keçmişdi. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.